Bir gecədə məşhurlaşan aktrisa

 

   Cazibədarlıq, qəmli gözlər, yorğun ciddi sifət... Söhbət məşhur polyak aktrisası Barbara Brılskadan gedir. Keçmiş SSRİ məkanında ilk dəfə 1976-cı il yanvarın 1-də rejissor Eldar RyazanovunQəribə təsadüf ya həmişə təmizlikdəfilmi ilə ekranlarda görünüb çoxlarının sevimlisinə çevrilib. İndinin özündə Yeni il bayramını bu filmsiz təsəvvür etmək çətindir.

  

   Barbara Brılska 1941-ci il iyunun 5-də Polşanın Skotniki şəhərində anadan olub. Müharibədən sonrakı həyatın çətinlikləri ciddi kompleksli qızcığazı tez müstəqil olmağa sövq edir. Uşaq vaxtı rəssamlıqla maraqlanıb. Valideynləri bu marağını görüb, onu rəssamlıq liseyinə qoyurlar. 15 yaşındaXoşbəxtlik qaloşlarıfilmində epizodik rola çəkilir. Çəkilişlərdən sonra teatr dərnəyinə gedir. Rəssamlıq liseyinin müdiri onun aktrisalıq istedadını görür valideynlərinə onu teatra yönəltməyi məsləhət görür. Beləliklə, Barbara 1967-ci ilədək Lodz şəhərində teatr məktəbində oxuyur.

   1966-cı ildə Boleslav Prusun eyniadlı romanı əsasında Yeji Kavaleroviçin çəkdiyiFironfilmində kahinə Kama rolunu ifa edir. Barbaraya şöhrət gətirən rolu isə açıq-saçıq səhnələri ilə çoxlu söz-söhbətə səbəb olanSevgi anatomiyasıfilmində oynadığı Həvva obrazı olur. O həm Çexoslovakiya Bolqarıstan kinorejissorlarının filmlərində çəkilir.

   SSRİ- isə o, “Qəribə təsadüf ya həmişə təmizlikdəfilmində ifa etdiyi Nadya rolu ilə məşhurlaşır. Filmin çəkilişi heç asan olmayıb. Emil Braginski Eldar Ryazanovun əvvəlcə teatr üçün yazdıqları pyesi Moskva teatrlarının heç biri qəbul etmir. Rejissor Eldar Ryazanov pyesi 6 il tamaşaya qoya bilmir nəhayət, 1975-ci ildə fikrini dəyişərək onu film kimi çəkmək qərarına gəlir. Rejissor Lukaşin rolunu əvvəlcə Stanislav Lyubşinə təklif edir. Lakin Stanislav biləndə ki, ondan sonra sınaq üçün bir neçə aktyor da dəvət olunub, inciyir. Beləliklə, rol Andrey Myaqkova verilir.

   Ən çətin sual isə bu idi ki, Nadya Şevelyova rolunu kim oynayacaq? SSRİ-nin bütün birinci gözəlləri bu rolu oynamaq arzusunda olublar. Sınaq çəkilişləri başlayır, lakin ideal aktrisa uzun müddət tapılmır. Qəfildən Eldar RyazanovunSevgi anatomiyasıfilmindəki aktrisa yadına düşür. Qərar verir, telefon nömrəsini taparaq Varşavaya - Barbaraya zəng edir. Həmin vaxt çəkilişlərdə olmayan aktrisa filmin ssenarisini gözləyir. SSRİ- üçün bu rola bir aktrisa tapa bilmədiyi yönündə çoxsaylı suallara tuş gələn Ryazanov Barbaranı Nadya rolu üçün ideal namizəd sayır.

   Aktrisa Moskvaya gəlir. Filmin çəkilişləri üç ay davam edir. Valentina Talızina Barbaranın rolunu, Alla Puqaçova isə qəhrəmanın mahnılarını səsləndirir. Nəhayət, çəkiliş qrupu Yeni il ərəfəsi gözəl bir ortaya qoyur.

   Bu film indinin özündə hamı tərəfindən sevilərək izlənilir. Barbara Brılska bu rola görə SSRİ Dövlət mükafatına layiq görülür. Aktrisa həmişə deyir ki, bir çox filmlərə çəkilib, amma Eldar Ryazanov elə film çəkib ki, onu bir gecəyə böyük bir ölkə sevib, bir gecədə məşhurlaşıb.

   Gözəl aktrisanın sənət həyatında uğurları olsa da, şəxsi həyatı barədə bunu demək çətindir. Üç dəfə ailə həyatı qurur, lakin heç bir nikahı sonacan davam etmir. İkinci nikahından 1973-cü ildə qızı Barbara Kosmal, 1982-ci ildə oğlu Lüdviq dünyaya gəlir. Qızı sevilən modellərdən olur. Lakin yenicə aktrisalığa başladığı 1993-cü ildə avtomobil qəzasında dünyasını dəyişir. Bu hadisə Barbaraya dəhşətli zərbə olur, o, depressiyaya düşür. Aktrisa üç il hər gün ağlayır, dərmanla özünü saxlayır. O, yaşamaq istəmir. Lakin kiçik oğlu onun özünə qəsd etməsinə imkan vermir. Neçə il keçməsinə baxmayaraq, Barbara indi söyləməkdən yorulmur ki, onun qızı dərəcədə istedadlı idi.

   XXI əsrin əvvəlində o, teatr səhnələrinə çıxmağa başlayır. 72 yaşını qeyd edən aktrisa bütün məhəbbətini oğluna verib. Deyir ki, Lüdviq onun həyatıdır, onu inanılmaz dərəcədə ərköyün böyüdüb. Bundan sonrakı ömrünüoğluna həsr edəcək...

  

Səbinə Əlibalaqızı

 

Mədəniyyət.- 2013.- 7 iyun.- S. 11.